BDU tələbələri ingilis dilindən də dövlət imtahanı verəcəklər

02/12/2010

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov British Counsilin rəhbəri Paul Klementonu qəbul edib. BDU haqqında qonağa ətraflı məlumat verən rektor onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Akademik Abel Məhərrəmov prezident İlham Əliyevin Azərbaycan elmi və təhsilinin Avropa təhsil sisteminə uyğunlaşdırılması istiqamətində gördüyü çoxşaxəli işlərdən danışıb, ölkədaxili təhsil və elm proqramlarının həyata keçirilməsini, azərbaycanlı gənclərin xaricdə təhsilinin təmin edilməsini də həmin prinsiplərin tərkib hissəsi sayıb.

İnteqrasiya mexanizmlərindən, bu prosesi gücləndirmək üçün tələbələrin ingilis dilini yaxşı bilmələrinin vacibliyindən danışan rektorun sözlərindən məlum olub ki, universitetdə Azərbaycan və rus dilləri ilə yanaşı, bəzi fakültələrdə ingilis dilində də qruplar fəaliyyət göstərir. Rektor bütün fakültələrdə ingilisdilli qrupların yaradılmasının nəzərdə tutulduğunu, növbəti tədris ilinin sonundan bu dildən də dövlət imtahanlarının veriləcəyini bildirib. Qeyd edib ki, hər bir tələbə ixtisası ilə yanaşı, ingilis dilini də mükəmməl bilməlidir: «Vəsaitlərimiz var, linqvistik otaqlar da hazırlamışıq», - deyən rektor ingilis dilinin daha sürətli və səmərəli öyrədilməsi üçün metodoloji baxımdan köməyə ehtiyac olduğunu da qonağın diqqətinə çatdırıb.

Qəbul üçün rektora təşəkkür edən Raul Klementon rəhbərlik etdiyi şirkətin ali təhsilin müəyyənləşdirilməsi istiqamətində proqramından, bu proqrama uyğun olaraq əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarından bəhs edib. Rektorla həmfikir olduğunu, arzu və niyyətlərinin üst-üstə düşdüyünü deyən British Counsilin rəhbəri Azərbaycana Böyük Britaniyanın təhsillə bağlı ən yaxşı tərəflərini gətirmək, təcrübəni bölüşmək niyyətində olduğunu da söyləyib. Qonaq ingilis dilinin tədrisi ilə bağlı mərkəzin yaradılmasını, Azərbaycan ali təhsil müəssisələri ilə Böyük Britaniya universitetlərinin əlaqələrinin qurulmasını arzu etdiyini bildirib. Deyib ki, Böyük Britaniya universitetlərinin təcrübəsini bölüşmək, müştərək kurslar, ikili diplomlar, tədqiqatlarda müştərək iş də planları sırasındadır.

Sonda qərara alınıb ki, əməkdaşlıq universitetə ingilis dilinin tədrisi prosesinə metodoloji baxımdan kömək edilməsi və Böyük Britaniya universitetləri ilə əməkdaşlıq konturlarının əldə olunması istiqamətində aparılsın.

 

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

Təhsildən yazan jurnalistlər BDU mətbuat xidmətini birinci etdilər

Təhsildən yazan jurnalistlər BDU mətbuat xidmətini birinci etdilər
22/07/2019

BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?

BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?
22/07/2019

BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib

BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib  
22/07/2019