BDU tələbələri karyera quruculuğu ilə bağlı məlumatlandırılır

28/11/2024

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi fakültələrdə silsilə təqdimatlarını davam etdirir.

Təqdimatların keçirilməsində məqsəd Karyera və məzunlarla iş Mərkəzinin fəaliyyət istiqamətləri, tələbə və məzunlara göstərdiyi xidmətlər haqqında tələbələri məlumatlandırmaqdır.

Növbəti görüş Geologiya fakültəsində keçirilib. Bildirilib ki, ixtisaslı kadrların peşəkarlığının inkişaf etdirilməsi və onların karyera quruculuğuna yardım edilməsi Karyera və məzunlarla iş Mərkəzinin əsas missiyasıdır. Tələbələr Mərkəzin xidmətlərindən istifadə edərək, düzgün karyera planlaşdırılması, sərt və yumşaq bacarıqların inkişaf etdirilməsi, əmək bazarına adaptasiya, düzgün CV-nin (rezüme) tərtib edilməsi, iş axtarışının strategiya və taktikaları, müsahibə texnikaları və b. istiqamətlərdə bacarıqlar əldə edə, müxtəlif  təlim və infosessiyalara qoşularaq, karyera sahəsindəki yeniliklərə, beynəlxalq təcrübəyə yiyələnə bilərlər.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026