BDU tələbələri Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgidə iştirak ediblər

20/04/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup tələbəsi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş kitab sərgisində iştirak ediblər. “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər çərçivəsində təşkil olunan sərgidə Respublika Elmi-Texniki Kitabxanasının fonduna son illərdə daxil olmuş ədəbiyyat nümunələri nümayiş etdirilib.

Sərginin açılışında Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün əhəmiyyətindən bəhs edilib. Ölkəmizdə bu əlamətdar tarixin qeyd olunmasında əsas məqsədin kitabların insan həyatındakı mühüm rolunu vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanılmasındakı vacibliyini ifadə etmək olduğu bildirilib.

Kitab sərgisində iştirak edən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri sərginin onlarda böyük təəssürat yaratdığını bildiriblər. Sərgi zamanı BDU tələbələri Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına üzv olmaq üçün qeydiyyatdan keçiblər.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026