BDU tələbələri Mərkəzi Elmi Kitabxanada praktik dərs keçiblər

13/03/2026

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə ikinci kurs tələbələri AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) praktik dərsdə iştirak ediblər. Praktik məşğələ Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşovun rəhbərliyi ilə “Elektron kataloq” fənni çərçivəsində keçirilib.

Əvvəlcə kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov tələbələrə rəhbərlik etdiyi qurumun fəaliyyəti, əsas iş prinsipləri və müasir kitabxana-informasiya xidmətləri barədə ətraflı məlumat verib. Direktor kitabxanada elektron xidmətlərin inkişafı, elektron kitabxananın formalaşdırılması, nəşrlərin rəqəmsallaşdırılması haqqında danışıb. Bildirib ki, kitabxananın saytında genişləndirilmiş və təkmilləşdirilmiş “Səsli axtarış” funksiyası tətbiq edilib, həmçinin süni intellekt əsaslı “Kitabxana bələdçisi” yaradılıb.

Daha sonra praktik dərs çərçivəsində tələbələr Mərkəzi Elmi Kitabxananın Reproqrafiya, eləcə də Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbələri ilə tanış olublar. Kitabxananın rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və müvafiq şöbələrin əməkdaşları tərəfindən kitabxana prosesləri tələbələrə əyani şəkildə nümayiş etdirilib, tələbələr bəzi mərhələlərdə bilavasitə iştirak ediblər.

Xəbərlər

Tanınmış bəstəkar, BDU-nun kafedra müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib

Tanınmış bəstəkar, BDU-nun kafedra müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib
29/04/2026

BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb

BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb
29/04/2026

BDU-da “Rəqəmdal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək

BDU-da “Rəqəmdal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək
29/04/2026