BDU tələbələri Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar dəyirmi masada

04/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq və Biologiya fakültələrinin müəllim-tələbə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 3 mart - Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar dəyirmi masada iştirak edib.

ETSN-nin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, vəhşi təbiətin qorunmasının vacibliyi, nadir bitki və heyvan növlərinin müxtəlifliyinin təbliği məqsədilə bütün dünyada 3 mart tarixi 2013-cü ildən etibarən Ümumdünya Vəhşi Təbiət Günü kimi qeyd edilir. 2025-ci ildə bu beynəlxalq günün mövzusu “Vəhşi təbiəti mühafizənin maliyyələşdirilməsi: insanlara və planetə investisiya”dır. Məqsəd həm insanlar, həm də planet üçün dayanıqlı bir gələcək qurmaqdır. Hazırda 1 milyondan çox növün nəsli kəsilmək təhlükəsi altındadır və planetimiz ekoloji böhranla üz-üzədir.

Tədbirdə ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin (WWF) direktoru Elşad Əsgərov, Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru Elçin Sultanov tələbələrə günün mahiyyəti, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması və reintroduksiya layihələri, Azərbaycanın ornitofaunası və nadir quş növlərinin mühafizəsi haqqında ətraflı elmi-maarifləndirici məlumatlar veriblər.

Tədbirin sonunda ETSN-nin şöbə müdiri Səyyarə Məmmədova tərəfindən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinə “Azərbaycan təbiəti” kitabı hədiyyə olunub.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026