BDU tələbələri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında qalib gəliblər

25/06/2023

Ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının nəticələri açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) tələbələri müsabiqə-festivalda bədii qiraət, xor ifaçılığı və milli rəqs janrları üzrə təmsil olunublar.

Şərqşünaslıq fakültəsinin III kurs tələbəsi Eltac Abbasov, İnformasiya və sənəd menecmenti fakültəsinin III kurs  tələbəsi Nilufər Qəhrəmanova bədii qiraət üzrə, BDU-nun Qazax filialı, Pedaqoji fakültəsinin tələbəsi Bəsti Alıcanova xalq mahnısı ifaçılığı üzrə I, qızlardan və oğlanlardan ibarət rəqs kollektivi milli rəqs üzrə II, xor kollektivi isə III yerə layiq görülüb. Qaliblər diplom və hədiyyələrlə təltif olunublar.

Bundan əlavə, Universitetin bir qrup tələbəsi müsabiqə-festivalda fəal iştirakına görə diplomlarla təltif ediliblər.

BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev festival-müsabiqədə qalib olan tələbələri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbərlər

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025

BDU-da elmi seminar: “Karbon kredit bazarı və mümkün imkanlar”

BDU-da elmi seminar: “Karbon kredit bazarı və mümkün imkanlar”
03/07/2025

BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib

BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib
03/07/2025