BDU tələbələri Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki rolu barədə məlumatlandırılıb

08/05/2026

Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub”un və Universitetin Heydər Əliyev Muzeyinin birgə təşkilatçılığı ilə Milli Məclisin üzvü Rövşən Muradov ilə görüş keçirilib.

“Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki əsas rolu” mövzusunda məruzə ilə çıxış edən Rövşən Muradov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafındakı müstəsna rolundan danışıb. O bildirib ki, XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən biri, Ulu Öndər Heydər Əliyev milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurub, ölkəmizin demokratik yüksəlişini, müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin edib. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının banisi olan Ulu Öndər demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edib. Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.

Milli Məclisin deputatı Ulu Öndərin milli-mənəvi dəyərlərə, ana dilimizə, gənc nəslin  vətənpərvərlik ruhunda böyüməsinə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, Ümummilli Liderin rəhbərliyi ilə təhsil müəssisələrinin maddi-texniki bazaları genişləndirilib, təhsil siyasəti milli əsaslarla formalaşdırılıb, Azərbaycanın milli kadr bazası hazırlanıb.

Görüş çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib
21/05/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultayına həsr olunmuş Beynəlxalq simpozium keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultayına həsr olunmuş Beynəlxalq simpozium keçirilir
21/05/2026

BDU-da təlim: “Karyera yolunda ünsiyyət, CV və peşə seçimi”

BDU-da təlim: “Karyera yolunda ünsiyyət, CV və peşə seçimi”
21/05/2026