BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim

13/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının əməkdaşı Xanoğlan Sadiqin “Müsahibəyə hazırlıq” mövzusunda təlimi keçirilib.

Təlimin məqsədi tələbələrə işə qəbul prosesinin vacib mərhələlərindən biri olan müsahibədə uğurlu nitq üslublarını öyrətmək, onların özünüifadə, təqdimat və ünsiyyət qabiliyyətlərini inkişaf etdirmək, işəgötürənlərin gözləntiləri və qiymətləndirmə meyarları barədə məlumat verməkdir. Təlimdə müsahibənin növləri və formatları, müsahibə zamanı verilə biləcək əsas sualların məzmunu, namizədin təqdimat tərzi barədə müzakirələr aparılıb.

İştirakçılara düzgün bədən dili və səs tonunun seçilməsi, stresin idarə olunması və özünəinamın qorunması kimi məqamlara dair tövsiyələr verilib. Qeyd edilib ki, müsahibə zamanı inamlı çıxış və peşəkar davranış uğurlu nəticənin açarıdır. Təlimçi həmçinin vurğulayıb ki, uğurlu müsahibənin əsas şərtlərindən biri namizədlərin müraciət etdikləri müəssisə və vəzifə barədə öncədən araşdırma aparması və öz bacarıqlarını həmin tələblərə uyğun formada təqdim etməsidir.

Təlim zamanı praktik müsahibə mühiti yaradılıb və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib
16/03/2026

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar
16/03/2026

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub
16/03/2026