BDU tələbələri üçün "Natiqlik və ictimai çıxış" mövzusunda təlim

10/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Könüllüləri və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə tələbələr üçün "Natiqlik və ictimai çıxış" mövzusunda təlim keçirilib.

Şəxsi inkişaf üzrə ekspert, təlimçi Fəxri Məmmədzadənin iştirakı ilə keçirilən təlimin əsas məqsədi gənclərin natiqlik və kommunikasiya bacarıqlarının inkişafına dəstək olmaqdır.

BDU Könüllülərinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə sədri Səma İsazadə təlimin tələbələr üçün faydası barədə məlumat verib və təlimçini təqdim edib.

Fəxri Məhəmmədzadə gənclərə “Natiqlik nədir?”, “Yaxşı natiq necə olmalıdır?” mövzularında məruzə deyib. Diskussiya şəraitində davam edən təlimin sonunda tələbələrin diqqətini yoxlamaq üçün maraqlı oyun keçirilib.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026