BDU tələbələri üçün növbəti "ARB 24 NewsLab" təlim proqramına müraciət qəbulu başlayıb

11/02/2025

Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində növbəti "ARB 24 NewsLab" təlim proqramına müraciətlərin qəbulu başlayıb.

Təlim proqramına Jurnalistika fakültəsinin 4-cü kurs tələbələri və magistrləri qoşula bilərlər.

Təlim proqramı 3 ay davam edir. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunurlar.

BDU və “ARB 24”ün birgə təşkilatçılığı ilə hazırlanan layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir. Layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunur və iştirakçıların ən azı yarısı əmək müqaviləsi ilə rəsmi şəkildə işə götürülürlər.

Müraciət etmək istəyənlər CV-lərini arb24news@arbtv.az ünvanına göndərə bilərlər.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026