BDU tələbələri üçün “Rəqəmsal körpü: İnnovasiyaya addım - AI Engineering” adlı təlim

08/10/2026

Bakı Dövlət Universitetində "BDU könüllüləri" təşkilatının və “DIV Academy”nin birgə təşəbbüsü  ilə tələbələr üçün “Rəqəmsal körpü: İnnovasiyaya addım - AI Engineering” adlı təlim keçirilib.

Təlimçi, süni intellekt və data mütəxəssisi Hüseyn Məmmədov iştirakçılara süni intellekt mühəndisliyinin əsasları, bu sahədəki müasir trendlər və data analitikasının real layihələrdə tətbiqi barədə ətraflı məlumat verib. O, bu sahə üzrə ən universal alətlərdən olan Python proqramlaşdırma dilini mənimsəməklə yalnız süni intellekt sahəsində deyil, kibertəhlükəsizlik istiqamətində çalışmaq, müxtəlif tətbiqi proqramlar və oyunlar hazırlamaq mümkün olduğunu bildirib.

Təlimin praktiki hissəsində komandalararası interaktiv yarış təşkil olunub.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026