BDU tələbələri üçün seçki hüququ ilə bağlı maarifləndirici seminar keçirilib

29/12/2023

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarların keçirilməsinə başlanılıb.

Tədbirdə əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə maarifləndirmə, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialı və Azərbaycan Kooperasiya Universitetində keçirilən ilk məlumat sessiyalarında səsvermə hüququna malik yüzlərlə tələbə iştirak edib. MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan məlumat sessiyalarının ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.

Xəbərlər

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb
18/05/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da
18/05/2026

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya
18/05/2026