BDU tələbələri üçün təlim: "Beynəlxalq alqı-satqı müqavilələrində diqqət edilməli olan nüanslar"

04/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələr üçün "Beynəlxalq alqı-satqı müqavilələrində diqqət edilməli olan nüanslar" adlı təlim keçirilib.

Təlimçi kimi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru İlqar Babayev çıxış edib.

İki hissədən ibarət olan təlimin nəzəriyyə hissəsində İlqar Babayev tələbələrə beynəlxalq alqı-satqı müqavilələrinin anlayışı, bağlanma qaydası, icrası zamanı yaranan çətinliklər və onların həlli yolları barədə ətraflı məlumat verib.

Təlimin praktiki hissəsində isə mövzu ilə bağlı müqavilə nümunəsi nəzərdən keçirilib və tələbələrlə müzakirə aparılıb. Sonra İlqar Babayev tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

Təlimin sonunda İlqar Babayev Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının İdarə Heyəti tərəfindən sertifikatla təltif edilib.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026