BDU tələbələri üçün təlim: “Neyroqrafika nədir?”

10/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Bioteam” klubunun təşkilatçılığı ilə psixoloq Zarina Əliyeva tərəfindən tələbələr üçün “Neyroqrafika nədir?” adlı interaktiv təlim keçirilib.

Təlimin ilk hissəsində iştirakçılara neyroqrafikanın məqsədi, tətbiq sahələri və faydaları haqqında ətraflı məlumat verilib. Psixoloq Zarina Əliyeva neyroqrafikanın insanların daxili emosional gərginliyini azaltmaq, yaradıcılığı artırmaq və düşüncələri vizuallaşdırmaq kimi məqsədlərə xidmət etdiyini bildirib. O diqqətə çatdırıb ki, neyroqrafika insanın özünü kəşf etməsi üçün terapevtik metoddur. Bu, emosiyaları daha yaxşı başa düşməyə, dağıdıcı inancları qırmağa və insanın resurslarını toplamasına kömək edir.

Təlimin ikinci hissəsində isə praktik məşğələlər keçirilib.  Tələbələr neyroqrafika texnikasını tətbiq etməklə tapşırıqlar yerinə yetiriblər.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026