BDU tələbələri üçün “workshop”: “Professional CV necə hazırlanır?”

20/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru Geologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin tələbələri üçün “Professional CV necə hazırlanır?” mövzusunda “workshop” keçirib.

Tədbirdə işəgötürənlə ilk tanışlığın uğurlu alınmasında yaxşı tərtib olunmuş CV-nin rolu izah olunub. Bildirilib ki, CV karyera tarixçəsini və işaxtaranın professional keyfiyyətlərini qısa şəkildə təsvir edən bir sənəddir. Ona görə də CV-nin tərtib edilməsi prinsipləri,  quruluşu və ardıcıllığı, mükəmməl yazı üslubu, bir sözlə, uğurlu CV-nin hazırlanması üsullarının öyrənilməsi hər bir tələbənin karyerası üçün əsas məqamdır. Tələbələr CV-nin hazırlanması zamanı yol verilən nöqsanlar və onların aradan qaldırılması yolları haqqında da məlumatlandırılıblar.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, tələbələr üçün yarışmalar keçirilib.

Xəbərlər

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026

“BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbulunu elan edir

“BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbulunu elan edir
23/09/2026