BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

30/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusif Abiyev iştirakçılara narkotiklərin insan orqanizminə məhvedici təsiri və törətdiyi sosial bəlalar, genofondumuza verdiyi zərər barədə məlumat verib. Qeyd edib ki, narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Bu bəlanın qarşısının alınmasında elm və təhsil qurumlarının üzərinə ciddi vəzifələr düşür. Gənclər arasında sağlam həyat tərzinin təbliği, marifləndirmə işləri çoxaldılmalıdır.

Sonra fakültənin I kurs tələbələri Natəvan Əkbərova və İsmayıl Mütəllimli narkotik tərkibli bitkilər haqqında təqdimat ediblər.

Tədbirin sonunda maarifləndirici videoçarx nümayiş etdirilib.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026