BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

21/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Psixoloji yardım sektorunun birgə təşkilatçılığı ilə “Asılılıqla mübarizə: narkomaniyadan qorunma yolları” mövzusunda silsilə görüşlərə start verilib.

İlk görüşdə BDU-nun Psixoloji yardım sektorunun psixoloqu İlkanə Mənsumova narkomaniyanın insanın psixoloji və fiziki sağlamlığına təsirləri, asılılığın yaranmasına səbəb olan amillər və qarşısının alınmasında maarifləndirmənin rolu barədə məlumat verib. Narkomaniyanın fəsadları haqqında məlumatlılığın artırılmasının və risklərin erkən mərhələdə müəyyənləşdirilməsinin əhəmiyyətindən danışıb

Sektorun psixoloqu Natəvan Həsənzadə çıxışında asılılıqdan qorunma yolları, psixoloji dayanıqlılığın gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi məsələlərinə toxunub. O, zərərli vərdişlərdən uzaq durmaq, düzgün qərarlar qəbul etmək və psixoloji rifahı qorumaq baxımından sağlam həyat tərzinin formalaşdırılmasının vacibliyini qeyd edib.

Sektorun digər psixoloqu Vasif Bəşirov isə müxtəlif asılılıq növləri, onların fərdin psixoloji vəziyyətinə və sosial münasibətlərinə təsiri barədə söz açıb, risklərin vaxtında müəyyən edilməsi və zəruri psixoloji dəstəyin göstərilməsinin əhəmiyyətini vurğulayıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

Xəbərlər

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
21/10/2026

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
21/10/2026

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026