BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə məlumatlandırılıb

05/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən BDU-nun Psixologiya kafedrasının müəllimi Nigar Nəsirova narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığını, hazırda ciddi qlobal problemə çevrildiyini, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Səhiyyə Nazirliyinin Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova isə qeyd edib ki, narkotik vasitələr tez bir zamanda asılılıq yaradan bitki və ya sintetik mənşəli toksik maddə olduğundan insanın bütün orqanizminə, davranışına, düşüncə səviyyəsinə xüsusi təsir göstərir. Bunun nəticəsində şəxsiyyətin xarakteri, həyat tərzi dəyişir və əvvəlki sağlam vərdişlər itirilir. Narkotik maddələrdən asılı olan şəxslərdə ən çox müşahidə olunan somatik ağırlaşmalardan aseptik qaydaları və immun sisteminin pozuntuları nəticəsində əmələ gələn müxtəlif infeksiyaları göstərmək olar. Bu cür insanlarda İnsanın İmmunçatışmazlığı Virusu (İİV), sifilis, hepatit B və C yoluxması çox yüksək dərəcədə müşahidə olunur. Yeniyetmə və gənclər arasında narkomaniyanın inkişaf tendensiyasına da toxunan Fizzə Baxışova bunu maarifləndirmənin yetərli qədər olmaması ilə əlaqələndirib.

Mexanika-riyaziyyat fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Murad Muradov və III kurs tələbəsi Nuray Cəfərova çıxışlarında cəmiyyətin bəlasına çevrilmiş "ağ ölüm"ə qarşı mübarizədə gənclərin rolundan danışıblar.

Sonda psixoloq Nigar Nəsirova tərəfindən iştirakçılar üçün proektiv metodika keçirilib.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026