BDU tələbələri “Nur” uşaq evini ziyarət ediblər

01/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin tələbələri “Nur” uşaq evini ziyarət ediblər. Ziyarətin məqsədi uşaq evində yaşayan balacalara mənəvi dəstək göstərmək, onlarla ünsiyyət qurmaq və xüsusi qayğıya ehtiyacı olan uşaqlara sevinc bəxş etmək olub.

Görüş zamanı tələbələr uşaqlarla bir sıra interaktiv oyunlar oynayıb, əyləncəli proqramlar təşkil ediblər. Rəsm, intellektual tapşırıqlar, komanda oyunları və musiqi kimi müxtəlif məşğələlər balacaların maraqları nəzərə alınmaqla həyata keçirilib. Uşaqlara yaşlarına uyğun hədiyyələr, eləcə də gündəlik ehtiyaclarını qarşılayan müxtəlif ləvazimatlar təqdim olunub.

Geologiya fakültəsinin tələbələri tərəfindən həyata keçirilən xeyriyyə fəaliyyətlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Xəbərlər

BDU komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026