BDU tələbələri palçıq vulkanlarının fəaliyyətinin seysmoloji aspektləri ilə tanış olublar

12/03/2026

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş ustad dərsi keçib. O, “Palçıq vulkanlarının fəaliyyətinin seysmoloji aspektləri. Yeni quraşdırılmış seysmik şəbəkə əsasında palçıq vulkanlarının monitorinqi” mövzusunda təqdimat edib.

Məruzədə bildirilib ki, Yer kürəsində məlum olan təxminən 2000 palçıq vulkanından 365-i ölkə ərazisində və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. Statistik məlumatlara görə, ölkə ərazisində orta hesabla hər il 3–5 palçıq vulkanının püskürməsi qeydə alınır.

Diqqətə çatdırılıb ki, son illərdə palçıq vulkanlarının aktivliyinin öyrənilməsində rəqəmsal monitorinq sistemləri və müasir seysmik stansiyalar mühüm rol oynayır. Bu sistemlər vasitəsilə vulkan püskürmələrinin başvermə vaxtı, davametmə müddəti, fazaları, ayrılan enerji miqdarı və prosesin dərinliyi kimi parametrlər dəqiq şəkildə qeydə alınır.

Qeyd olunub ki, 2022-ci ildə dünyada ilk dəfə olaraq palçıq vulkanlarının fəaliyyəti seysmotomoqrafiya və InSAR texnologiyalarının tətbiqi ilə kompleks şəkildə analiz olunub. Aparılan tədqiqatlar nəticəsində son 20 il ərzində 41 palçıq vulkanının parametrləri qeydə alınaraq onların fəaliyyət xüsusiyyətləri təhlil edilib.

Ustad dərsində mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb və palçıq vulkanlarının seysmoloji tədqiqinin geologiya elmi üçün əhəmiyyəti vurğulanıb.

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri və urbanizasiya” mövzusunda görüş

BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri və urbanizasiya” mövzusunda görüş
12/03/2026

BDU tələbələri palçıq vulkanlarının fəaliyyətinin seysmoloji aspektləri ilə tanış olublar

BDU tələbələri palçıq vulkanlarının fəaliyyətinin seysmoloji aspektləri ilə tanış olublar
12/03/2026

BDU-da tarix elminin qarşısında duran əsas vəzifələr müzakirə olunub

BDU-da tarix elminin qarşısında duran əsas vəzifələr müzakirə olunub
11/03/2026