BDU tələbələri “Pillə-3” Tələbə Tamaşaları Festivalında çıxış ediblər

29/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin tələbələrin iştirakı ilə səhnələşdirdiyi “Ezop” tamaşası “Pillə-3” Tələbə Tamaşaları Festivalında nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Vahid Orucoğludur.

“Ezop” tamaşasında rolları Universitetin tələbələri Hüseyn Cabbarlı, Fidan Sultanova, Ramazan Ramazanzadə, Nuran Atakişiyev, Rəna Əsədova və Murad Qəmbərov ifa ediblər.

Tamaşa dünya ədəbiyyatının klassik simalarından olan Ezopun həyatına və onun məşhur fəlsəfi hekayələrinə əsaslanaraq hazırlanıb. Qədim yunan təmsil ustası Ezopun  (e.ə. VI əsr) qısa, lakin dərin mənalı hekayələri əsrlər boyu insanlara həyat dərsi verib. Əsərlərində heyvan obrazlarından istifadə etməklə insan xarakterini, zəif və güclü cəhətləri, cəmiyyətin problemlərini ustalıqla tənqid edən Ezopun “Tülkü və Üzüm”, “Qurd və Quzu”, “Qarğa və Küp” kimi məşhur hekayələri bu gün də aktualdır.

 

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026