BDU tələbələri Qubada çöl-tədris təcrübəsində

04/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisasları üzrə təhsil alan IV kurs tələbələri (Azərbaycan, rus və ingilis bölmələri üzrə) Quba rayonunda çöl-tədris təcrübəsində olublar.

Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası üzrə təhsil alan tələbələrə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzinin ərazisində gözəyarı planalmanın xüsusiyyətləri izah edilib, 1: 10 000 miqyasında ərazinin təsviri aparılıb. Ətrafın irimiqyaslı kartoqrafik materialı əsasında torpaqdan istifadənin müasir vəziyyəti, torpaqların məqsədli təyinatı və hüquqi rejimi başa salınıb. Quba rayonu ərazisində Qaraçayın  yatağının şərti yararsız torpaq sahələrinin tarixi dövr ərzində inkişafı, müasir vəziyyəti və idarəolunmasının prinsipləri naturada tələbələrə izah edilib. Həmçinin Qaraçayın ümumi hövzəsi, mənbəyi, mənsəbi, digər hidroloji və ekoloji xüsusiyyətləri barədə də geniş məlumat verilib.

Tələbələrə Quba Tədris-Təcrübə və İstirahət Mərkəzinin ərazisində xarakterik yerdə torpaq kəsimi qoyulub. Torpaq kəsiminin morfogenetik səciyyəsi aparılıb. Belə ki, torpaq kəsimi üzrə torpaq horizontları, torpaq qatları, torpaq törəmələri və s. göstəricilər torpaq taksonomik vahidi üzrə izah edilib. Kəsimdən götürülmüş nümunələr fiziki-kimyəvi təhlil üçün BDU-ya gətirilib.

Daha sonra yüksəklik qurşaqları üzrə landşaftın dəyişmə xüsusiyyəti və ətraf ərazinin təbii komponentlərinin ilkin gözəyarı ekoloji qiymətləndirilməsi aparılıb. Qaraçay çayından suyun keyfiyyətini ölçmək üçün nümunələr götürülüb.

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı
26/07/2025

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
25/07/2025

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir
25/07/2025