BDU tələbələri Ərəb dili üzrə Asiya debat çempionatında iştirak edirlər

28/01/2023

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri Oman Sultanlığında keçirilən Ərəb dili üzrə Asiya debat çempionatında iştirak edirlər. Çempionat yanvarın 27-də başlayıb və fevralın 2-dək davam edəcək. Bu, fakültə tələbələrinin hər il keçirilən ənənəvi debat yarışlarında ardıcıl olaraq dördüncü iştirakıdır. Ötən il yarış Türkiyənin İstanbul şəhərində keçirilib. Bu il Omanda keçirilən yarışda fakültəni Regionşünaslıq (ərəb ölkələri üzrə) və Tərcümə (ərəb dili) ixtisaslarında təhsil alan III-IV kurs tələbələri Mohəmmədəli Axundov, Zeynəb Atamalıyeva, Simuzər Məmmədzadə və Seyidəkbər Axundov təmsil edir.  
Yarışın məqsədi Asiya regionunda yaşayan gənclər arasında ərəb dilində danışıq və debat bacarıqlarının inkişaf etdirilməsidir.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026