BDU tələbələri rəqəmsal marketinqlə bağlı məlumatlandırılıb

20/04/2026

“BDU könüllüləri” təşkilatı və “DIV Academy”nin birgə təşəbbüsü ilə “Rəqəmsal körpü: innovasiyaya addım” layihəsi çərçivəsində “Rəqəmsal marketinq” mövzusunda təlim keçirilib.

Təlimçi, “Aliens Agency”nin kreativ direktoru Rəsul Zaidov bildirib ki, rəqəmsal marketinq müasir dövrdə brendlərin hədəf auditoriyaya daha effektiv çatmasında mühüm rol oynayır, düzgün strategiya seçimi uğurun əsas amillərindən biridir. Təlimdə iştirakçılara nəzəri biliklərlə yanaşı, uğurlu reklam nümunələri də təqdim edilib. Real brendlərin kampaniyaları üzərindən aparılan izahlar mövzunun daha praktik şəkildə mənimsənilməsinə şərait yaradıb.

Təlimdə sosial media platformalarında kontent planlaşdırılması, reklam büdcəsinin idarə olunması və analitik alətlərdən istifadə qaydaları ətraflı izah edilib. Kreativ yanaşma ilə yanaşı, məlumatların düzgün təhlilinin də uğurlu kampaniyanın qurulmasında vacib məqam olduğu diqqətə çatdırılıb.

Təlim interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib.

Xəbərlər

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
11/08/2026

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
11/08/2026

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır
11/08/2026