BDU tələbələri "Əsas Qanunun işığında- Konstitusiya" adlı hüquqi maarifləndirici vəsait hazırlayıblar

25/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyevin təşəbbüsü ilə fakültənin tələbələri tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş məktəblilər üçün "Əsas Qanunun işığında- Konstitusiya" adlı hüquqi maarifləndirici vəsait hazırlanıb.

Belə bir vəsait respublikamızda ilk dəfədir nəşr olunur. Vəsaitin müəllifləri Hüquq fakültəsinin ötənilki məzunu Veysəl Mirzəzadə, müxtəlif kurs tələbələri - Ziyəddin İsmayılov, Nigar Ağakərimova, Jalə Nuriyeva, Nəzrin Dadaşova, Nilufər Qədimli, Rəhimə Ağayeva və Jalə Rəhimovadır. Vəsaitin elmi rəyçisi Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Əsmər Əliyevadır.

Vəsait bir neçə hissədən ibarətdir. Giriş bölməsində Ümummilli Lider Heydər Əliyevin milli Konstitusiyanın müəllifi və hüquqi dövlət modelinin banisi kimi tarixi rolu, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunması prosesi anlaşıqlı şəkildə təhlil edilir. Birinci fəsildə dövlət quruluşu, paytaxt, dövlət dili və rəmzləri sadə və sistemli şəkildə izah edilir. İkinci və üçüncü fəsillər uşaqların əsas hüquq və azadlıqlarına, habelə onların vətəndaşlıq borclarına – qanunlara əməl etmək, dövlət rəmzlərinə hörmət və Vətənin müdafiəsi kimi vəzifələrə həsr olunub. Dördüncü fəsildə isə hakimiyyət bölgüsü prinsipi, dövlət idarəetməsində tarazlıq və nəzarət mexanizmləri, eləcə də Heydər Əliyev Fondunun uşaqların rifahı istiqamətində həyata keçirdiyi çoxşaxəli layihələr öz əksini tapıb.

Bu nəşr gənc nəslin hüquqi biliklərini genişləndirməyə, konstitusional şüuru və vətəndaşlıq dəyərlərini möhkəmləndirməyə yönəlmiş mühüm maarifləndirici addım kimi dəyərləndirilə bilər. Məktəblilərin hüquq mədəniyyətinin və düşüncəsinin inkişafına yönələn bu vəsait gənc nəslin hüquqi maarifləndirilməsinə mühüm töhfə verməyi hədəfləyir.

 

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026