BDU tələbələri Təkamül muzeyində

04/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində tələbələr Təkamül muzeyinə ekskursiya ediblər.

Ekskursiya zamanı iştirakçılar muzeyin ekspozisiyaları ilə tanış olub, fosil qalıqları və nadir skelet nümunələri barədə ətraflı məlumat əldə ediblər. Muzeyin laborantı Ümüdvar Məlikov tələbələrə paleontoloji nümunələrin tədqiqat metodları, fosillərin yaşının müəyyənləşdirilməsi üsulları barədə məlumat verib. Müxtəlif geoloji dövrlərə aid tapıntılar əsasında canlı orqanizmlərin morfoloji dəyişikliklərinin zamanla necə baş verdiyini konkret nümunələrlə şərh edib. Muzeydə istifadə olunan preparatların hazırlanma mərhələləri, skelet və fosil qalıqlarının qorunma texnologiyaları, biomüxtəlifliyin təkamülündə iqlim və geodinamik amillərin rolu elmi əsaslarla diqqətə çatdırılıb.

Qeyd olunub ki, iqlim dəyişiklikləri - temperatur, yağıntılar, ekoloji şəraitin transformasiyası bəzi növlərin məhv olmasına, digərlərinin isə yeni mühitə uyğunlaşaraq inkişaf etməsinə səbəb olur. Bu uyğunlaşma prosesi uzun zaman ərzində canlıların quruluşunda və həyat tərzində əsaslı dəyişikliklər yaradır. Təkamül prosesi təbii şəraitlə sıx bağlıdır və Yer tarixində baş verən hər bir böyük iqlim dəyişikliyi canlı aləmin inkişafına ciddi təsir göstərir.

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
08/05/2026

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar
07/05/2026