BDU tələbələri ətraf mühitin qorunması yollarını öyrənir

16/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Tarix və Geologiya fakültələri üzrə üzvlərinin birgə təşkilatçılığı ilə “Ətraf mühiti qoru! Onun qayğısına qal!” adlı tədbir keçirilib.

Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov ekoloji problemlərin təkcə bu günə deyil, gələcəyə də təsir göstərdiyini deyib. O, insan və təbiət münasibətlərinə tarixi aspektdən yanaşaraq bildirib ki, qədim dövrlərdən bəri ətraf mühitin qorunması insan cəmiyyətinin mühüm vəzifələrindən biri olub. Professor gənc nəslin maarifləndirilməsinin ekoloji problemlərin qarşısının alınmasında ən effektiv üsullardan olduğunu vurğulayıb.

Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov geoloji mühitin insan fəaliyyəti nəticəsində necə dəyişdiyini elmi nümunələrlə izah edib. Bildirib ki, yeraltı və yerüstü sərvətlərdən səmərəli istifadə olunması, eləcə də geoloji proseslərin düzgün izlənməsi ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Bu baxımdan təbii sərvətlərdən də düzgün istifadə etmək problemin həllinə dəstək olan amillərdəndir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amil Məmmədov ekoloji siyasət çərçivəsində həyata keçirilən layihələr və ictimai iştirakçılığın əhəmiyyəti haqqında geniş məlumat verib. O bildirib ki, vətəndaş cəmiyyətinin ekoloji təşəbbüslərdə aktiv iştirakı ölkənin davamlı inkişafına töhfə verir. Ümumi və tarixi geologiya kafedrasının müəllimi Nürəddin Abbasov Yerdə baş verən təbii proseslərin müasir ekoloji problemlərlə əlaqəsini izah edib.

Sonda ətraf mühitin mühafizəsinə həsr olunmuş maarifləndirici videoçarx nümayiş olunub.

 

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026