BDU tələbələri uğurlu karyera quruculuğu ilə bağlı məlumatlandırılır

09/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi Sosial elmlər və psixologiya fakültəsində görüş keçirib. Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, dekan müavinləri Nəzakət Kərimova və Daxil Vəliyev də iştirak edib.

Görüşdə BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin fəaliyyəti, tələbə və məzunlara göstərdiyi xidmətlər haqqında məlumat verilib. Qeyd edilib ki, tələbə və məzunların  əmək bazarında olan yeniliklərdən xəbərdar edilməsi, müasir tələblərə cavab verən peşəkar kadrların hazırlanması Mərkəzin prioritet məqsədlərindəndir.

Mərkəzin əməkdaşları karyera planlaşdırılması, konsultasiyalar, təlimlər, infosessiyalar, “workshop”lar vasitəsilə düzgün CV və rezüme yazılması qaydaları, uğurlu karyera planlaşdırılması, iş axtarışı alətləri, müsahibə texnikaları və s.  barədə  tələbələri məlumatlandırıblar.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026