BDU tələbələri WUF13 barədə məlumatlandırılıb

02/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş infosessiya keçirilib.

Tədbirdə TEC-nin fakültə sədri Dərya Həsənova bildirib ki, Ümumdünya Şəhərsalma Forumu BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) ərsəyə gətirdiyi dayanıqlı şəhər inkişafı mövzusuna həsr edilmiş dünyanın ən böyük beynəlxalq platformalarından biridir. 2026-cı il mayın 17–22-də Azərbaycanın paytaxtı Bakı WUF13-ə ev sahibliyi edəcək. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Forum qlobal şəhər problemlərinin həllində və dayanıqlı inkişaf strategiyalarının formalaşdırılmasında mühüm rol oynayır.

Tələbələr Forumun əhəmiyyəti, eləcə də bu sahədə gələcəkdə həyata keçiriləcək təşəbbüslər barədə ətraflı məlumat əldə ediblər. Tədbirdə gənclərin şəhərsalma və memarlıq sahəsində beynəlxalq təşəbbüslərə qoşulmasının vacibliyi qeyd olunub.

 

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026