BDU tələbələrindən Zəfər trendi

04/11/2022

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbələri Vətən müharibəsində şanlı Qələbənin iki illiyi münasibətilə sosial şəbəkələrdə Zəfər trendi formalaşdıracaq.  Marafonun məqsədi “Gəncliyin Zəfər sədası” adlı vahid şəbəkə yaratmaq, onun vasitəsilə  şəhid və qazilərin əzmi nəticəsində əldə olunan 44 günlük müharibəni həm respublika daxilində, həm də dünya miqyasında geniş təbliğ etmək və unutdurmamaqdır.

Layihəyə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professor-müəllim heyəti rəhbərlik edir.   Marafon üzvləri sosial şəbəkə ( "Twitter", "Instagram", "Facebook" ) üzərindən konkret  həştəqlərlə müxtəlif ölkələrin gündəminə düşərək, dünyaya Azərbaycanın qələbə səsini çatdırmağa çalışacaq.

Platforma üzvləri noyabrın 6-dan 8-dək  sosial şəbəkələrdə aşağıdakı həştəqlərlə paylaşımlar edəcək:

1. #Zəfərinamdanbaşlayır
2. #Zəfərfədakarlıqlaqazanılır
3. #Zəfərqorumaqlayaşadılır

Platforma üzvləri bütün gəncləri sosial şəbəkələrdə fəallıq göstərməyə çağırır.
Gənclərin təşəbbüsü ilə təşkil edilən 3 günlük onlayn marafonun böyük maraq doğuracağı düşünülür.
Sosial şəbəkələrin ingilis dili istifadəçiləri üçün aşağıdakı həştəqlərin əlavə edilməsi tövsiyə olunur:

#victoriousAzerbaijan
#Victoryday
#Trustinvictory
#Sacrifaceforvictory
#KarabakhisAzerbaijan
#8novemberisvictoryday
#VictorydayofAzerbaijan
#ShushaisAzerbaijan
#Azerbaijanitruths

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026