BDU tələbələrinin “Gənc istedadlar” liseyində təcrübəsi başa çatıb

25/05/2017

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində tələbələrin pedaqoji təcrübələrinin yekununa həsr olunmuş konfrans keçirilib. BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva konfransı giriş sözü ilə açaraq onun işinə uğurlar arzulayıb. Azərbaycanın ən yaxşı ümumtəhsil məktəblərindən olan “Gənc istedadlar” liseyi şagirdlərinin respublika və beynəlxalq səviyyəli olimpiadalarda, müsabiqələrdə yüksək nailiyyətlər qazandıqlarını, məzunlarının Azərbaycanın və ayrı-ayrı xarici ölkələrin nüfuzlu ali məktəblərinə qəbul olunduqlarını bildirib. Prorektor İradə Əliyeva pedaqoji təcrübənin kadr hazırlığının ən vacib sahələrindən biri kimi dəyərləndirib və tələbələrin liseydə qazandıqları təcrübənin gələcək karyeralarına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Sonra BDU-nun Pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova “Müasir dərs necə olmalıdır?” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbəsi Azər Rəhimov “Riyaziyyat dərslərinə qoyulan tələblər”, Kimya fakültəsinin tələbəsi Əfsanə İsmayılova “Kimya dərslərində şagirdlərə vətənpərvərlik hissinin aşılanması”, Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Lalə Bilalova “Müəllim şərəfli peşədir”, Filologiya fakültəsinin tələbəsi Asya Aydınova “Fəal interaktiv metodların təlim prosesində rolu”, Tarix fakültəsinin tələbəsi Nərmin Məmmədli “Gülüstan və Türkmənçay müqavilələrinin təhlili Vətən tarixinin tədrisində”, Biologiya fakültəsinin tələbəsi Aynur Quluzadə “Biologiya dərslərində elmi dünyagörüşün formalaşdırılması” mövzularında məruzələrlə çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 25 may 2017-ci il.


Xəbərlər

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetində magistratura təhsili alacaq

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetində magistratura təhsili alacaq
01/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
01/07/2025

BDU əməkdaşı “Vikipediya” üzrə təlimlərdə iştirak edib

BDU əməkdaşı “Vikipediya” üzrə təlimlərdə iştirak edib
01/07/2025