BDU tələbələrinin nəzərinə!

28/10/2024

Qazaxıstan Respublikasının Maqsut Narikbayev Universiteti 2024/2025-ci tədris ilinin yaz semestri üçün tələbə mübadilə proqramı çərçivəsində qəbul elan edir.

Yaz semestri: 20 yanvar - 24 may 2025

İmtahan dövrü: 4-24 may

Sənəd qəbulu üçün son tarix: 1 noyabr 2024-cü il.

Tələb olunan sənədlər:

1. Pasportun surəti (pasportun minimum bir il etibarlı olması vacibdir)

2. Tələbə mübadilə proqramı üçün doldurulmuş ərizə forması (əl yazısı ilə doldurulmamalıdır)

3. Rəsmi transkriptin skan edilmiş surəti

4. Tələbənin təhsil aldığı universitetdən arayış

5. Dil bilikləri haqqında sənəd (B2 və ya daha yüksək səviyyədə universitet tərəfindən verilmiş məktub)

6. Elektron fotoşəkil (3x4 formatında, skan edilmiş olmamalıdır)

7. Tədris Protokolu (Learning Agreement)

8. Tibbi arayış (rentgen şəkli daxil olmaqla).

Yaşayış: Yataqxana üçün aylıq ödəniş 30,000 tenge (təxminən 63 ABŞ dolları) təşkil edir.

Akademik kataloq: https://mnu.kz/educational/

Əlavə məlumat üçün: https://mnu.kz/ru/

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026