BDU tələbəsi 2 nominasiya üzrə qalib olub

17/05/2016

“Gələcək nəsillərlə üz-üzə” altıncı ümumrespublika inşa müsabiqəsinin qalibləri müəyyənləşdirilib. Azərbaycan Futuroloqlar Cəmiyyətinin təşəbbüsü ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən müsabiqə 9 və 11-ci sinif şagirdləri, eyni zamanda ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetinin Kimya fakültəsinin II kurs tələbəsi Cahangir Ağazadə “Təhsil”  və “Hər kəs üçün kifayət qədər təmiz su”  nominasiyaları üzrə birinci yerə layiq görülüb. BDU-nun Biologiya fakültəsinin IV kurs tələbəsi Aydan Məmmədova isə “Hər kəs üçün kifayət qədər təmiz su”   nominasiyası üzrə II yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqənin məqsədi Azərbaycan gənclərinin dünyada baş verən siyasi, iqtisadi, demoqrafik, ekoloji, texnoloji və digər dəyişikliklərlə əmələ gələn yeni həyat qanunlarına uyğunlaşmasını təmin etməkdir. Həmçinin qlobal dəyişikliklərdən irəli gələn tələblərə uyğunlaşmaqla sağlam, münaqişəsiz gələcəyin qorunub saxlanması, yaxşılaşdırılması üçün gənclərin müvafiq tərzdə tərbiyə edilməsidir.

Mətbuat və informasiya şöbəsi, 17 may 2016-cı il.


Xəbərlər

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25/08/2026