BDU tələbəsi ABŞ-da SUSI proqramında iştirak edib

11/08/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin IV kurs tələbəsi Səyad Ələkbərov Amerika Birləşmiş Ştatlarlarında ABŞ İnstitutlarının Öyrənilməsi (SUSI) proqramında iştirak edib.

Proqram müddətində keçirilən mühazirələr Vaşinqton Universitetində "Vətəndaş iştirakı və liderlik" ("Civic Engagement and Leadership") mövzusunda davam edib.
Layihənin əsas məqsədi ABŞ təhsil sistemini daha dərindən başa düşmək və gənclərin liderlik bacarıqlarını artırmaqdır.

BDU tələbəsi proqram ərzində mülki hüquq, insan hüquqları, liderlik, könüllülüyün əsasları, konfliktlərin həlli, ekoloji problemlər, qlobal istiləşmə və s. istiqamətlərdə nüfuzlu professorların mühazirələrini dinləyib.

Proqram çərçivəsində həmçinin ABŞ-nin bir sıra ştatlarına təhsil səfərləri təşkil edilib.

Qeyd edək ki, SUSI proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Mübadilələr Bürosunun proqramıdır və Tələbələrin Vasitəsilə Beynəlxalq Qarşılıqlı Anlaşma Fondu
(Foundation for International Understanding Through Student - FIUTS) tərəfindən idarə edilir.

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026