BDU tələbəsi RİİB-in “Azad Mirzəcanzadə inkişaf proqramı”nın qalibidir

30/07/2025

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbəsi Saida Rəhimlinin “CMC-Vessel” layihəsi “Regional İnkişaf” İctimai Birliyinin “Azad Mirzəcanzadə inkişaf proqramı”nda qalib olub.

İnkişaf proqramına ölkənin müxtəlif universitetlərindən 100-dən çox tələbə müraciət edib. Proqramın final mərhələsində 10 iştirakçının layihəsi qalib olub və maliyyə dəstəyi əldə edib.

Müsabiqəyə təqdim olunan “CMC-Vessel” layihəsi Xəzər dənizində olan neft əsaslı çirkləndiricilərin və plastik tullantıların su mühitindən təmizlənməsinə həsr olunub. Müxtəlif kimyəvi üsulların və süni intellektin tətbiq olunduğu layihə prototipi BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində BDU tələbələrindən ibarət komanda tərəfindən hazırlanacaq.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında elan edilmiş "Azad Mirzəcanzadə inkişaf proqramı" indiyədək sosial, ekoloji, maarifləndirici və innovativ sahələrdə bir çox uğurlu layihə həyata keçirib.

 

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026