BDU Türkiyədə keçirilən ənənəvi Kitabxana həftəsində təmsil olunub

02/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi və Türkiyə Respublikasının Kastamonu Universitetinin Bilgi və bəlgə yönətimi bölümünün birgə təşkilatçılığı ilə onlayn tədbir keçirilib. Tədbir Türkiyədə 1964-cü ildən başlayaraq hər il mart ayının sonunda keçirilən “Kitabxana həftəsi” çərçivəsində baş tutub.
Tədbirdə hər iki fakültənin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edib. Moderator, Kastamonu Universitetinin tələbəsi Tufan Cinge bildirib ki, 1964-cü ildən bəri davam edən “Kitabxana həftəsi”nin keçirilməsində məqsəd cəmiyyətdə kitabxanaçılıq təhsilinə, kitabxana işinə marağı artırmaq, bu istiqamətdə daha yaxşı nəticələr əldə etməkdir. Qeyd edilib ki, həftə boyu müxtəlif tədbirlər, kitabxanalara, sərgi salonlarına və muzeylərə ekskursiyalar təşkil edilir, nüfuzlu ictimai xadimlərlə görüşlər keçirilir, mühazirələr dinlənilir.  
Sonra BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Pərviz Kazımi “Azərbaycanda kitabxanaçılıq təhsili” mövzusunda mühazirə oxuyub. Mühazirədə ölkəmizdəki təhsil mühiti, Azərbaycanın ilk universiteti olan BDU-nun tarixi və bu günü, eyni zamanda Kitabxanaçılıq-informasiya fakültəsi barədə geniş məlumat verilib. Daha sonra  Kastamonu Universitetinin Bilgi və bəlgə yönətimi bölümünün başqanı, professor Hasan Keseroğlu və BDU-nun Kitabxanaçılıq-inflormasiya fakültəsinin dekanı vəzifəsini icra edən dosent Ələmdar Cabbarlı pandemiya dövründə fakültələr arasında qarşılıqlı onlayn mühazirələrin təşkili, postpandemiya dövründə isə müəllim və tələbə mübadiləsi barədə fikir mübadiləsi aparıblar.

 

 

 

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026