BDU Türkiyənin Bilkent Universiteti ilə akademik əməkdaşlıq protokolu imzalayıb

04/10/2022

Bakı Dövlət Universitetində (BDU) Türkiyənin İhsan Doğramacı adına Bilkent Universitetinin rektoru Kürşat Aydoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Qonaqları salamlayan rektor Elçin Babayev qeyd edib ki, BDU-nun beynəlxalq əməkdaşlıq kontekstində qardaş Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi əsas prioritetlərdən birini təşkil edir. Elçin Babayev Bilkent Universitetinin bu sırada öncül yerlərdən birini tutduğunu vurğulayıb. O, Ulu öndər Heydər Əliyevin Bilkent Universitetinin qurucusu, türk dünyasının böyük oğlu, professor İhsan Doğramacı ilə dərin dostluq əlaqəsinə diqqət çəkib, İhsan Doğramacının BDU-nun “Fəxri doktoru” olduğunu bildirib. Elçin Babayev iki universitet arasında qarşılıqlı əlaqələrin xalqlarımızın rifahı və inkişafına xidmət edəcəyinə əmin olduğunu qeyd edib.

Bilkent Universitetinin rektoru Kürşat Aydoğan da çıxışında iki universitet arasında əməkdaşlığın daha da gücləndirilməsinin faydalı olacağını diqqətə çatdırıb.

Daha sonra BDU ilə Bilkent Universiteti arasında akademik əməkdaşlıq protokolu imzalanıb. Protokolda təhsil və elm sahələri üzrə birgə tədqiqatların aparılması, akademik heyətin, tələbələrin, təhsil, təlim və tədqiqat məqsədləri üçün müxtəlif kitabların, habelə, dövri və digər nəşrlərin mübadiləsi nəzərdə tutulur.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026