BDU Türkiyənin Kapadokya Universiteti ilə anlaşma memorandumu və “Erasmus” mübadilə protokolu imzalayıb

29/04/2024

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Kapadokya Universiteti arasında anlaşma memorandumu və “Erasmus” mübadilə protokolu imzalanıb.

Memorandum və protokolu BDU-nun rektoru Elçin Babayev və Kapadokya Universitetinin rektoru Hasan Ali Karasar imzalayıb.

Anlaşma memorandumunda birgə konfransların, seminarların, simpoziumların keçirilməsi, ortaq elmi tədqiqat layihələrinin işlənməsi, akademik və inzibati heyətin, tələbə, doktorant və tədqiqatçıların mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

“Erasmus” mübadilə protokolu çərçivəsində də bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi həyata keçiriləcək.

Kapadokya Universitetinin əsası 2005-ci ildə qoyulub. 4 fakütə, 11 mərkəz və şöbənin fəaliyyət göstərdiyi universitetdə 9000-ə yaxın tələbə təhsil alır.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024