BDU Türkiyənin Karabük Universiteti ilə anlaşma memorandumu imzalayıb
10/07/2023
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Respublikasının Karabük Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Karabük Universitetinin rektoru Refik Polat imzalayıb. Müqavilə çərçivəsində akademik heyətin, bakalavr, magistr və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur. Bu isə gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsini təmin edəcək.
Əsası 2007-ci ildə qoyulmuş Türkiyənin Karabük Universitetində 52000 tələbə təhsil alır. Universitetdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.
Xəbərlər
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
