BDU TV “Nizami Gəncəvi İli” çərçivəsində videoçarxlar hazırlayır

31/07/2021

BDU-nun Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında (BDU TV) jurnalistika ixtisasında təhsil alan tələbələr müntəzəm olaraq televiziya və radio verilişləri,  süjetlər, tanıtım çarxları, sənədli filmlər hazırlayaraq yayımlayırlar.

44 günlük Vətən müharibəsi dövründə studiyada hazırlanan silsilə proqramlar, “Şuşa bizi gözləyir”, “Xarıbülbül”, “Terrora yox!”, “Həsrətinə qovuşduq, “Xudafərin” kimi kompozisyalarda rəşadətli ordumuzun apardığı haqq savaşına həsr olunmuş, BDU TV və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə layihəsi olan "Mətbuat səngəri" adlı silsilə maarifləndirici verilişlərdə torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq mübarizəmiz, rəşadətli ordumuzun parlaq qələbəsi, müharibədə medianın üzərinə düşən vəzifələr, informasiya müharibəsi, tələbə-gənclərin mövcud vəziyyətlə bağlı maarifləndirilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi mövzular əhatə olunmuşdur.

Cari ilin ilk yarısında tələbələrin iştirakı ilə müxtəlif mövzularda 20-dən çox videoçarx hazırlanmış və ictimaiyyətə təqdim olunmuşdur. Hazırda studiyada Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində BDU üzrə Tədbirlər Planına müvafiq olaraq dahi şairin yaradıcılığına həsr olunmuş silsilə “Nizami Gəncəvi - 880” adlı videoçarxlar hazırlanır.

 

Xəbərlər

BDU Johanniter Mərkəzi Almaniya Akademiyası ilə əməkdaşlığa başlayıb

BDU Johanniter Mərkəzi Almaniya Akademiyası ilə əməkdaşlığa başlayıb
20/04/2026

BDU-nun Biologiya fakültəsinin məzunları tələbələrlə uğur hekayələrini bölüşüblər

BDU-nun Biologiya fakültəsinin məzunları tələbələrlə uğur hekayələrini bölüşüblər
20/04/2026

BDU-nun sosial və humanitar istiqamətlər üzrə 3 təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib

BDU-nun sosial və humanitar istiqamətlər üzrə 3 təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib
20/04/2026