BDU və ABB tələbələrin karyera inkişafı üzrə əməkdaşlığı genişləndirir

10/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi ilə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC nümayəndələri arasında tələbələrin peşəkar inkişafına və birgə layihələrin icrasına dair görüş keçirilib.

Görüşdə Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, baş mütəxəssis İlkin Şərifov, məsləhətçi Mələkxanım Qurbanova, eləcə də ABB-nin aparıcı məhsul sahibi Vasif Naibov və müştəri təcrübələri üzrə aparıcı mütəxəssis Səbinə Məmmədova iştirak ediblər.

Günel Qurbanova Mərkəzin fəaliyyəti, tələbələrə göstərilən xidmətlər və həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat verərək, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Görüş zamanı ABB nümayəndələri tələbələrin bilik və bacarıqlarının inkişafına yönəlmiş bir sıra təkliflərlə çıxış ediblər. Onlar gənclərin maliyyə savadlılığını artırmaq məqsədi daşıyan “Faydamania” layihəsi barədə məlumat verərək, bu təşəbbüsün büdcə idarəetməsi, bank xidmətlərindən düzgün istifadə və sağlam maliyyə qərarlarının formalaşdırılması baxımından tələbələr üçün əhəmiyyətini qeyd ediblər.

Tərəflər gələcək əməkdaşlıq istiqamətləri kimi startap yönümlü layihələr, hakatonlar, müxtəlif təlim və seminarların keçirilməsi, eləcə də tələbələr üçün ABB-də real iş mühitini əks etdirən təcrübə proqramlarının təşkilini müzakirə ediblər. Bank nümayəndələri bu təşəbbüslərə həm texniki, həm də mentor dəstəyi göstərməyə hazır olduqlarını bildiriblər.

Görüş qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və tələbələrin karyera inkişafına dəstəyin artırılması baxımından mühüm addım kimi qiymətləndirilib.

Xəbərlər

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
01/07/2026

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub
01/07/2026

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib
01/07/2026