BDU və Ankara Sosial Elmlər Universiteti arasında anlaşma memorandumu və “Erasmus+ K171” mübadilə müqaviləsi

11/10/2023

Türkiyənin Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Nümayəndə heyəti ilə görüş zamanı BDU-nun rektoru Elçin Babayev qonaqlara Universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib. Qeyd edib ki, BDU-nun Sosial elmlər və psixologiya fakültəsi ölkədə bu sahədə kadr hazırlayan əsas baza hesab olunur. Həmçinin BDU-nun Türkiyədən olan tələbələrinin də əksəriyyəti məhz psixologiya ixtisasına meyl göstərirlər. Rektor sosial elmlər sahəsində əməkdaşlığın hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini bildirib.

Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Türkiyənin sosial elmlər üzrə ilk dövlət universiteti olduğunu deyib. Ankara Sosial Elmlər Universitetinin türkdilli ölkələrin, o cümlədən Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığa maraq göstərdiyini diqqətə çatdırıb.

Daha sonra BDU və Türkiyənin Ankara Sosial Elmlər Universiteti arasında anlaşma memorandumu və “Erasmus+ K171” mübadilə müqaviləsi imzalanıb.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan imzalayıb.

Memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memoranduma əsasən, tərəflər qarşılıqlı maraq doğuran tədqiqat, təhsil və tədris proqramları sahəsində əməkdaşlıq edəcəklər. Memorandumda tələbələrin, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi, birgə seminar, tədris proqramlarının təşkili, ortaq elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi, nəşrlərin və digər müvafiq materialların mübadiləsi öz əksini tapıb.

Xəbərlər

BDU-da akademik Həsən Əliyevə həsr olunmuş elmi seminar

BDU-da akademik Həsən Əliyevə həsr olunmuş elmi seminar
16/12/2025

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər
15/12/2025

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”
15/12/2025