BDU və “ARB 24”ün birgə layihəsi olan beşinci “NewsLab” təlim proqramı yekunlaşıb

29/10/2026

Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində beşinci “NewsLab” təlim proqramı yekunlaşıb. Təlimə cəlb olunan 9 tələbədən 5-i telekanalda işlə təmin edilib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, Azərbaycan Mətbuat Şurasının sədri, professor Vüqar Əliyev “ARB 24” telekanalının fakültənin tələbələri üçün əsl yaradıcılıq emalatxanasına çevrildiyini və kanalın əməkdaşlarının böyük əksəriyyətinin məhz BDU-nun Jurnalistika fakültəsinin məzunları olduğunu qeyd edib: ““NewsLab” təlim proqramı tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla cilalanması baxımından çox faydalı platformaya çevrilib”.

“ARB 24” telekanalının direktoru Radik İsmayılov təlim proqramına hər il marağın artdığını bildirib. Artıq beş ildir keçirilən proqramın yalnız “ARB 24” üçün deyil, müxtəlif media subyektləri üçün bacarıqlı jurnalistlər hazırladığını deyib.

BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova rəqəmsallaşma və süni intellektin mediaya bu qədər çox siraət etdiyi dövrdə gənc jurnalistləri diqqətli olmağa çağırıb, fəaliyyətlərində dəqiqlik və obyektivlik kimi əsas prinsiplərə əməl etməyin vacibliyini vurğulayıb, proqramı uğurla bitirən və işlə təmin olunan gəncləri təbrik edib.

Qeyd edək ki, təlim proqramı 3 ay davam edib. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunublar.

2022-ci ildən keçirilən “NewsLab” təlim proqramı çərçivəsində BDU-nun 30 məzunu işlə təmin olunub. Birgə layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir.

 

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026