BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı yekunlaşıb

20/10/2025

Bakı Dövlət Universiteti və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində  dördüncü "NewsLab" təlim proqramı yekunlaşıb. Təlimə cəlb olunan 11 tələbədən 5-i telekanalda işlə təmin edilib.

Mərasimdə çıxış edən “ARB 24” telekanalının direktoru Radik İsmayılov proqramın uğurla həyata keçdiyini, gələn ilin fevralında elan ediləcək beşinci proqramda yeniliklərin gözlənildiyini qeyd edib.

Layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim edilib və onlara çalışacaqları verilişlər barədə məlumat verilib.

Qeyd edək ki, təlim proqramı 3 ay davam edib. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunublar.

2022-ci ildən keçirilən "NewsLab" təlim proqramı çərçivəsində BDU-nun 24 məzunu işlə təmin olunub. Birgə layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026