BDU və Azərbaycan Vəkillər Kollegiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

02/04/2021

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında hüquq təhsili və təcrübəsinin sıx inteqrasiyasının təmin edilməsi, hüquq tələbələri və məzunlarının təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqaviləni Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıblar.

Görüşdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Universitetlə Vəkillər Kollegiyası arasında əməkdaşlığın gələcək perspektivlərinin əhəmiyyətini vurğulayaraq, Universitetdə tələbələr üçün təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş vəkillərin Universitetin tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlər barəsində danışıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov təqdimatla çıxış edərək son dövrlərdə vəkilliyin inkişafı və Kollegiyanın fəaliyyəti barədə məlumat verib. Anar Bağırov  Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və 2019-cu il 3 aprel tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərmanının əhəmiyyətini vurğulayaraq, ölkəmizdə vəkillərin sayının iki dəfədən çox artaraq 2000 nəfərədək, vəkil qurumlarının sayının isə 39-dan 101-dək artırılması, vəkillərin fəaliyyətində elektron texnologiyalardan istifadə imkanlarının genişləndirilməsini qeyd edib.

İmzalanmış müqavilə tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləyir. Müqavilə Hüquq fakültəsinin tələbələrini hüquq ixtisası üzrə təcrübəyə cəlb etmək, Bakı Dövlət Universitetinin strukturları tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi, Hüquq fakültəsinin təhsildə fərqlənən tələbələrinə təqaüdlərin müəyyən edilməsi və verilməsi, hüquq təcrübəsinin artırılması ilə bağlı layihələr, konfranslar, simpoziumlar, “moot court”lar və s. tədbirlərin təşkilinin həyata keçirilməsi və s. məsələləri əhatə edir.

Müqavilədə tərəflərin əməkdaşlığın xüsusi bir forması kimi Bakı Dövlət Universitetinin Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan professor-müəllim heyətindən ibarət Vəkil Bürosunun yaradılması da öz əksini tapır.

Tədbirin sonunda Vəkillər Kollegiyası tərəfindən Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına hüquq sahəsinə dair 200-ə yaxın kitab hədiyyə edilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024