BDU və “Bayraktar Texnologiya Azərbaycan” MMC arasında anlaşma memorandumu imzalanıb

11/04/2025

Bakı Dövlət Universiteti (BDU) ilə “Bayraktar Texnologiya Azərbaycan” MMC arasında anlaşma memorandumu imzalanıb. Memorandumu BDU rektoru Elçin Babayev və “Bayraktar Texnologi̇ya Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz imzalayıblar.

Mərasimdə çıxış edən rektor Elçin Babayev “Bayraktar Teknologiya Azərbaycan” şirkəti ilə kompüter mühəndisliyi, nanotexnologiyalar, İT, süni intellekt, kimya mühəndisliyi və digər istiqamətlərdə peşəkar kadr hazırlığında geniş əməkdaşlıq perspektivlərinin olduğunu qeyd edib. O, imzalanan memorandumun ortaq tədqiqatların aparılması, birgə tədbirlərin keçirilməsi, BDU tələbələri üçün təlim, təcrübəkeçmə, iş imkanları baxımından uğurlu olacağına əminliyini bildirib.

“Bayraktar Texnologi̇ya Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz da BDU ilə əməkdaşlıqdan gözləntilərin böyük olduğunu diqqətə çatdırıb.

Memoranduma əsasən, tərəflər tədris və təlim prosesinin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə tədbirlər, layihə və tədqiqatlar həyata keçirəcəklər. Memorandumda birgə tədris fəaliyyətinin, təhsilalanlar, akademik və inzibati heyət üçün ortaq təlim proqramlarının təşkil edilməsi, təhsilalanlar üçün təcrübə imkanlarının yaradılması da əks olunub.

 

Xəbərlər

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026