BDU və Buxara Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri genişləndirilir

18/01/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və Buxara Dövlət Universitetinin rektoru Obidjon Həmidov arasında görüş keçirilib.

Görüşdə hər iki universitet arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, yeni birgə layihələrin icrası və elmi-tədqiqat sahəsində təcrübə mübadiləsinin artırılması məsələləri müzakirə olunub.

Görüş zamanı rektor Elçin Babayev BDU-nun tarixi, beynəlxalq əlaqələri və prioritet istiqamətləri haqqında ətraflı məlumat verib. O, Universitetin Azərbaycan elmi və təhsilindəki lider mövqeyini vurğulayaraq, beynəlxalq əməkdaşlıqların əhəmiyyətini qeyd edib. Rektor, həmçinin, Buxara Dövlət Universiteti ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsinin akademik və elmi fəaliyyətinə yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

Buxara Dövlət Universitetinin rektoru Obidjon Həmidov isə öz növbəsində rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, beynəlxalq layihələrdə iştirakı və elmi nailiyyətləri haqqında məlumat verib. O, BDU ilə əməkdaşlığı strateji əhəmiyyətli bir addım kimi qiymətləndirərək, bu əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra təkliflər irəli sürüb.

Görüşdə iki universitet arasında tələbə və müəllim mübadiləsinin təşkili, birgə tədqiqatların aparılması, ortaq tədris proqramlarının hazırlanması və beynəlxalq konfransların keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Tərəflər, həmçinin, elm, təhsil və innovasiya sahələrində qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlıq haqqında əməkdaşlıq sənədlərinin hazırlanması və imzalanması barədə razılığa gəliblər.

Xəbərlər

BDU-da Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş
30/01/2026

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30/01/2026

BDU-da “WUF modeli” simulyasiya konfransı keçirilib

BDU-da “WUF modeli” simulyasiya konfransı keçirilib
29/01/2026