BDU və Buxara Mühəndislik-Texnologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

09/09/2022

Özbəkistanın Buxara şəhərində Bakı Dövlət Universiteti (BDU) və Buxara Mühəndislik-Texnologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Buxara Mühəndislik-Texnologiya İnstitutunun rektoru Nusratilla Barakayev imzalayıblar.

İmzalanma mərasimində BDU-nun rektoru Elçin Babayev Azərbaycan-Özbəkistan dostluq münasibətlərinin bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də uğurla davam etdiyini qeyd edib. Rektor vurğulayıb ki, iki ölkə arasında münasibətlər bütün səviyyələrdə ən yüksələn xətlə inkişaf edir. Rektor BDU-nun fəaliyyətində Özbəkistanın qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə əlaqələrə xüsusi önəm verildiyini, Buxara Mühəndislik-Texnologiya İnstitutu ilə imzalanan müqavilənin bu əlaqələri daha da möhkəmləndirəcəyinə əmin olduğunu bildirib.

Buxara Mühəndislik-Texnologiya İnstitutunun rektoru Nusratilla Barakayev isə Azərbaycanın ən böyük ali məktəbi olan BDU ilə əməkdaşlıq müqaviləsinin imzalanmasının xüsusi önəm daşıdığını nəzərə çatdırıb. Rektor bildirib ki, iki universitetin həyata keçirəcəyi ortaq layihələr Azərbaycan və Özbəkistan arasında elm və təhsil sahəsində bağları daha da möhkəmləndirəcək.

Müqaviləyə əsasən, BDU və Buxara Mühəndislik-Texnologiya İnstitutu təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə konfrans, simpozium, qısamüddətli kurs və təlimlər keçirəcək, ortaq akademik proqramlar, tədris planları hazırlayacaq. İki universitet arasında birgə elmi tədqiqatların aparılması, təhsilin bütün sǝviyyǝlərindǝ təhsilalanların, akademik heyət və tədqiqatçıların mübadiləsinin həyata keçirilməsi də müqavilədə öz əksini tapıb.

Xəbərlər

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib
15/01/2026

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026