BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

03/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi ilə “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüşdə BDU-nun Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, baş mütəxəssis İlkin Şərifov, “CELT Colleges”in xaricdə təhsil üzrə direktoru Fərid Kərimov, xaricdə təhsil üzrə meneceri Sona Məhəmmədivand və mütəxəssisi Səbinə Mirzalıyeva iştirak ediblər.

Görüş zamanı Günel Qurbanova Karyera və məzunlarla iş Mərkəzinin fəaliyyəti, həyata keçirilən təşəbbüslər, tələbə və məzunlar üçün reallaşdırılan layihələr, karyera yönümlü tədbirlər, təlim proqramları və məsləhət xidmətləri barədə ətraflı məlumat verib. Bildirib ki, Mərkəzin əsas məqsədi tələbə və məzunların əmək bazarında rəqabət qabiliyyətli bacarıqlara yiyələnməsinə dəstək olmaq və onların peşəkar mühitlə əlaqələrini gücləndirməkdir. Eyni zamanda, müəllimlik ixtisası üzrə təhsil alan tələbə və məzunların işlə təmin olunması istiqamətində yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının vacibliyi vurğulanıb, tələbələr üçün güzəştli paketlərin hazırlanması təklif edilib.

İlkin Şərifov xaricdə təhsil mövzusunda seminarların, infosessiyaların və tanıtım görüşlərinin təşkilinin məqsədəuyğun olduğunu qeyd edib.

“CELT Colleges”in xaricdə təhsil üzrə direktoru Fərid Kərimov şirkətin fəaliyyət istiqamətləri, tələbə və məzunlar üçün təqdim etdiyi xaricdə təhsil imkanları, eləcə də müxtəlif ölkələr üzrə təhsil və məşğulluq perspektivləri barədə məlumat verib. Görüş zamanı müəllimlik ixtisası üzrə təhsil alan tələbə və məzunların “CELT Colleges”in təcrübə proqramlarında iştirak imkanları da müzakirə olunub.

 

Xəbərlər

BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur
10/04/2026

Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
10/04/2026

BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı
10/04/2026