BDU və Daşkənd Kimya Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

24/12/2025

Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistan Respublikasının Daşkənd Kimya Beynəlxalq Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Daşkənd Kimya Beynəlxalq Universitetinin rektoru Akmal Allkuliev imzalayıblar.

Memorandum hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə konfrans, sərgi, seminar, simpoziumların təşkili, qısamüddətli kurs və təlimlərin keçirilməsi, eləcə də ortaq elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır.

Sənəddə, həmçinin elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramların, tədris planlarının və sillabusların işlənib hazırlanması, təlimlərin təşkili, akademik və inzibati heyətin, tələbələrin, magistrantların, doktorantların və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər əksini tapıb.

Qeyd edək ki, əsası 2018-ci ildə qoyulmuş Daşkənd Kimya Beynəlxalq Universiteti Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrindən biridir.

 

Xəbərlər

BDU-nun dosenti Tariel Abbasov vəfat edib

BDU-nun dosenti Tariel Abbasov vəfat edib
10/06/2026

BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
10/06/2026

Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub

Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub
10/06/2026